İsrail girovlarla bağlı HƏMAS-dan cavab aldı
Bizi izləyin

Dünya

İsrail girovlarla bağlı HƏMAS-dan cavab aldı

İsrail tərəfi girovlarla bağlı Fələstinin HƏMAS hərəkatının nümayəndələrindən vasitəçilərlə cavab alıb.

Publika.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi və “Mossad” kəşfiyyat xidmətinin birgə bəyanatında deyilir.

"İsrail hazırda bunu dəyərləndirir və öz cavabını vasitəçilərə çatdıracaq", - bəyanatda vurğulanır.

Qeyd edək ki, mayın 31-də ABŞ Prezidenti Co Bayden Qəzzada üç mərhələdən ibarət sülh nizamlanmasına dair yeni saziş layihəsinin şərtlərini açıqlayıb. İyunun 11-də HƏMAS təşəbbüsə cavabın Qətər və Misirdən olan vasitəçilərə ötürüldüyünü elan edib və anklavda müharibəni dayandırmaq üçün razılığa gəlmək üçün müsbət hərəkətlərə hazır olduqlarını bildirib. ABŞ, Misir və Qətər də öz növbəsində atəşkəs təklifi ilə bağlı cavabın alındığını təsdiqləyib və Qəzzada münaqişə tərəfləri arasında razılıq əldə olunana qədər vasitəçilik səylərini davam etdirəcəklərini vəd ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm