Ərəblər yayın "transfer bombası"nı partladır: De Bruyne razılıq verdi, qaldı "Siti"
Bizi izləyin

İdman

Ərəblər yayın "transfer bombası"nı partladır: De Bruyne razılıq verdi, qaldı "Siti"

"Mançester Siti"nin və Belçika millisinin yarımmüdafiəçisi Kevin De Bruyne karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Publika.az xəbər verir ki, insayder Rudi Qalettinin dediyinə görə, 33 yaşlı futbolçu "Əl-İttihad"la şifahi razılığa gəlib və transferə razılıq verib. Qeyd olunur ki, "Siti" belçikalını buraxmağa hazırdır. İndi klublar keçidin məbləğini razılaşdırmalıdırlar.

De Bruynenin "şəhərlilər"lə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalı futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir. Ötən mövsüm Kevin bütün turnirlərdə 26 matçda 6 qol vurub və 18 məhsuldar ötürmə edib.

Xatırladaq ki, "Əl-İttihad"da Kərim Benzema, N'Qolo Kante və Fabinyo kimi futbolçular çıxış edir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm