"Real" ulduz futbolçu ilə anlaşdı: Pulsuz transfer olunacaq
Bizi izləyin

İdman

"Real" ulduz futbolçu ilə anlaşdı: Pulsuz transfer olunacaq

"Real" "Bayern"in müdafiəçisi Alfonso Deyvis ilə anlaşıb.

Publika.az xəbər verir ki, kanadalı futbolçu gələn yay azad agent statusu ilə Madrid klubuna transfer oluna bilər. Klublar anlaşa bilmədiyindən, tək yol Alfonsonun Münhen klubu ilə müddəti 2025-ci ilin yayına qədər olan müqaviləsinin bitməsini gözləməkdir.

Deyvisin sözləşməni yeniləməyəcəyi və azad agent kimi "Real"a keçməyi qətiləşdirdiyi bildirilir. İspaniyanın AS nəşri "Los Blankos" və futbolçunun bütün məsələlərdə razılığa gəldiyini də yazıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm