Paris-2024: taekvondoçumuz gümüş medal qazandı - YENİLƏNDİ
Bizi izləyin

İdman

Paris-2024: taekvondoçumuz gümüş medal qazandı - YENİLƏNDİ

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb.

Publika.az xəbər verir ki, 58 kq çəki dərəcəsində yer alan idmançı finalda Cənubi Koreya təmsilçisi Park Taejoonla qarşılaşıb.

Rəqibinə məğlub olan Maqomedov fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Taekvondoçumuz ilk hissəni geridə tamamlayıb - 0:9. İkinci hissəni isə sona qədər davam etdirə bilməyib.

Buna səbəb onun görüş zamanı ayağından сiddi zədə alması olub. İdmançımız qarşılaşmanı yarımçıq dayandırıb.

***

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında finala yüksəlib.

Publika.az xəbər verir ki, 58 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda italiyalı Vito Dellakvila ilə qarşılaşıb.

Hər iki hissədə rəqibindən üstün olan Maqomedov yekunda qələbə qazanıb - 9:4, 11:1. Bu nəticədən sonra taekvondoçumuz ən azı gümüş medalı özü üçün təmin edib.

Qeyd edək ki, indiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib.

***

Azərbaycan taekvondoçusu Qaşın Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. O, ilk döyüşünü 1/8 finalda keçirib. Cek Uolleylə (İrlandiya) qarşılaşan taekvondoçumuz rəqibini 2:0 hesabı ilə məğlub edib və mərhələ adlayıb.

Publika.az xəbər verir ki, Maqomedov ikinci döyüşündə ispaniyalı Adrian Visente ilə üz-üzə gəlib. Taekvondoçumuz yenə də dayanqdan qalib ayrılıb. O, rəqibinə 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Qaşım Avropa çempionatlarının qızıl və bürünc mükafatçısıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm