Sabiq “Barsa”lının avtomobili Rusiyada fantastik qiymətə satışa çıxarıldı - FOTO
Bizi izləyin

İdman

Sabiq “Barsa”lının avtomobili Rusiyada fantastik qiymətə satışa çıxarıldı - FOTO

“Maybach 57S” Avto.ru avtomobil satış xidmətində peyda olub.

Publika.az xəbər verir ki, satıcı avtomobilin “Barselona”, “İnter” və “Anji”nin sabiq hücumçusu Samuel Eto’oya məxsus olduğunu iddia edir.

Ümumilikdə 8 belə maşın istehsal olunub. Qiyməti 99 milyon rubldur (1850000 manat).

Avtomobilin xarakterik xüsusiyyətləri arasında ağ dəri salon, dekorativ karbon lifli əlavələr, premium audiosistem, iki telefon, ikinci sıra sərnişinlər üçün masalar, soyuducu və tavanda əlavə alətlər var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm