"Qarabağ"ın legioneri paylaşdı: Bu komandaya hörmət edin - FOTO
Bizi izləyin

İdman

"Qarabağ"ın legioneri paylaşdı: Bu komandaya hörmət edin - FOTO

"Qarabağ"ın legioneri paylaşdı: Bu komandaya hörmət edin -  FOTO

Qarabağ”ın futbolçusu Kevin Medina Bolqarıstanda “Ludoqorets”ə əlavə vaxtda 7:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçını dəyərləndirib.

Publika.az xəbər verir ki, 31 yaşlı müdafiəçi şəxsi instaqram hesabında paylaşım edib.

Komanda ilə birlikdə fotosunu yayımlayan kolumbiyalı oyunçu “Bu komandaya hörmət edin” yazıb.

Qeyd edək ki, “Ludoqorets” Bakıdakı ilk görüşdə 2:1 hesabı ilə qalib gəlib. Azərbaycan çempionu pley-off mərhələsində Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası ilə üz-üzə gələcək. “Köhlən atlar” ilk görüşü avqustun 20-də səfərdə, cavab matçını isə 28-də evdə keçirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm