İdman
İbrahimoviçlə yola getmir – Ayrılmaq istəyir
“Milan”ın baş məşqçisi Massimiliano Alleqrinin cari mövsümün sonunda klubdan ayrılacağı ehtimal olunur.
Publika.az xəbər verir ki, bu barədə “Corriere della Sera” məlumat yayıb.
Onun getməsinin mümkün səbəbi klub rəhbərlikdəki əsas fiqurlardan biri olan Zlatan İbrahimoviçlə münaqişədir. Onlar növbəti mövsüm üçün üçüncü qapıçının kimliyi ilə bağlı fikir ayrılığına düşüblər.
Məşqçi, həmçinin “Milan”ın ən sərt tənqidçilərindən biri olan Antonio Kassano ilə İbranın isti münasibətlərindən də narazı qalıb. Bundan əlavə, İbrahimoviç məşqçinin işinə müdaxilə edərək Yusuf Fofana və Rafael Leaoya taktiki məsləhətlər verib.
Münaqişə aprelin əvvəlində başlayıb və bundan sonra İbrahimoviç bir neçə həftə Milanello təlim-məşq bazasına getməyib. Alleqri komandanın gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazanıb-qazanmamasından asılı olmayaraq “Milan”ı tərk etmək niyyətindədir. Məşqçinin Covanni Malaqonun İtaliya Futbol Federasiyasının yeni prezidenti olması halında İtaliya millisini idarə etmək şansı yüksəkdir.
-
Cənubi Qafqaz20:32Ermənistanda parlament seçkiləri: səsvermə başa çatdı - Yeniləndi
-
Dünya19:13Bu, hər kəs üçün qlobal kabusa çevriləcək - Hakan Fidan
-
Hadisə18:12Azərbaycanda zəlzələ oldu
-
Sosial17:44Azyaşlının əlillik müavinəti hər il kəsilir - VİDEO
-
Magazin217:06Aleyna Solaker Berkə ərə gedir
-
Digər16:03Əfqanıstanda çadra əvəzinə hicab geyinənlərə qarşı reyd keçirildi
-
Region15:45Revanşist Baqrat da fəallaşdı - Arxiyepiskopdan xalqa çağırış
-
MDB15:14Məşhur çimərlikdən istifadəyə qadağa qoyuldu - Sanitariya problemləri var


































