Ölüm ayağında olan əfsanəvi məşqçi hər kəslə vidalaşdı: Məni təbəssümlə xatırlayın
Bizi izləyin

İdman

Ölüm ayağında olan əfsanəvi məşqçi hər kəslə vidalaşdı: Məni təbəssümlə xatırlayın

Ölüm ayağında olan əfsanəvi məşqçi hər kəslə vidalaşdı: Məni təbəssümlə xatırlayın

İngiltərə millisinin keçmiş baş məşqçisi Sven-Qoran Erikssonun hər kəslə vidalaşıb.

Publika.az xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən 76 yaşlı mütəxəssis həyatına dair sənədli filmdə insanlara müraciət edib:

“Yaxşı həyatım var idi. Üzləşdiyim xəstəliyin müalicəsi yoxdur. Düşünürəm ki, hamımız hər şeyin bitəcəyi gündən qorxuruq. Amma həyatda ölüm də var. Onu olduğu kimi qəbul etməyi öyrənməlisən.

Ümid edirəm ki, sonda insanlar deyəcəklər: “Bəli, yaxşı adam idi”. Ancaq hamısı bunu deməyəcək. Ümid edirəm ki, məni əlindən gələni edən bir məşqçi kimi xatırlayırsınız. Kədərlənməyin, mənim gözəl və uzun ömrüm olub. Məni təbəssümlə xatırlayın”.

Qeyd edək ki, Sven-Qoran yanvar ayında ona terminal pankreas xərçəngi diaqnozu qoyulduğunu açıqlayıb.

Eriksonun son iş yeri idman direktoru vəzifəsində çalışdığı İsveçin “Karlstad” klubu olub. Baş məşqçi kimi mütəxəssis “Roma”, “Fiorentina”, “Benfika”, “Sampdoriya”, “Latsio”, “Mançester Siti”, “Lester”, İngiltərə, Meksika, Kot-d’İvuar və Filippin milli komandalarında çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm