İdman
"Kəpəz" 1000-ə çatdı: Yalnız "Neftçi" və "Qarabağ"...
“Kəpəz” Azərbaycan çempionatlarında 1000-ci qolu vurub.
Publika.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 5-ci turuna təsadüf edib. “Sabah”la Tovuz şəhər stadionunda keçirilən ev oyununda 2:3 hesabı ilə uduzan Gəncə təmsilçisinin ilk qolu yubiley xarakteri daşıyıb.
“Kəpəz”in 1000-ci qolunu Viktor Braqa vurub. Bu rəqəmi 1001-ə də çatdıran komanda 651-ci oyununda buna nail olub. Gəncə təmsilçisinin orta məhsuldarlığı 1,54-ə bərabərdir.
“Kəpəz” evdə 619, səfərdə 372, neytral meydanda 10 qola sevinib. Qərb təmsilçisi Azərbaycan çempionatları tarixində 1000 və daha çox qol vuran 3-cü komandadır. Yalnız “Neftçi” və “Qarabağ” daha çox fərqlənib.
Qeyd edək ki, “Kəpəz”in ilk qolunu 1992-ci il mayın 3-də “Turan”la ev oyununun (2:1) 21-ci dəqiqəsində Cavid Əhmədov vurub.
Heybət
-
Magazin213:49Ergin yeni serialda
-
ABŞ13:19ABŞ Dövlət katibi toyda diceylik etdi - VİDEO
-
Ekologiya13:0224 dərəcə isti olacaq - Hava proqnozu
-
Magazin112:32Məşhurlar "Bakı Marafonu 2026"da - Fotolar
-
İdman12:15Rusa qalib gələn ukraynalı idmançı bu hərəkəti ilə gündəm oldu - Video
-
Əmlak10:47Qanunsuz evlər necə artır?: Yeni "ucuz torpaq" tələsi - VİDEO
-
Magazin101:41Şəbnəmin arxiv videosu yayıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Emosiyalar sizi bir az sarsıda bilər
























.png)

.jpg)






