İdman
Pike: "Başqa ölkədə olsaydınız, sizi parçalayardılar, amma..."
İspaniya ikinci divizionunun 38-ci turunda “Andorra” evdə “Albasete”yə 0-1 hesabı ilə məğlub oldu.
Publika.az xəbər verir ki, “Andorra” rəhbərliyi iddia edir ki, qonaq komanda qolu qayda pozuntusundan sonra vurub, amma hakim bu məqamı qaçırıb, VAR isə müdaxilə etməyib.
90-cı dəqiqədə hakim “Andorra”nın qəzəbli məşqçisi Karles Manso və onun dörd köməkçisinə qırmızı vərəqə göstərib.
Baş hakim hesabatında “Andorra” rəhbərliyinin iddialarını təsvir edib: “Fasilə zamanı, meydana çıxmazdan əvvəl, paltardəyişmə otaqlarına aparan tuneldə olduğum zaman cənab Jerar Pike mənə yaxınlaşdı və hakimliyimlə bağlı etirazlarını bildirdi.
Matç bitən kimi, tuneldə cənab Kristian Lanzarote Abenosa birinci köməkçi hakimimə müraciət edərək, “Sən liqanın ən pis köməkçi hakimisən” deyərək bu ifadəni beş dəfə təkrarladı. Bundan dərhal sonra “Andorra” futbol klubunun idman direktoru cənab Xaume Noques mənə müraciət edərək dedi: “Federasiyaya məktub yazmağımıza baxmayaraq, səni bu oyuna xüsusi təyin etdilər. Sən alçaqsan!”
Hakim həmçinin Pike və digər klub rəhbərlərinin təhdidləri barədə məlumat verib.
Dayanacaqdan çıxmazdan bir az əvvəl, artıq hakimin maşınında olduğumuz zaman cənab Xaume Noques bizə müraciət edərək dedi: “Ümid edirəm ki, qəza keçirəcəksiniz”.
Nəhayət, cənab Jerar Pike matç nümayəndəsinə dedi: “Başqa bir ölkədə olsaydınız, sizi parçalayardılar, amma Andorra mədəni bir ölkədir”.
-
Magazin112:32Məşhurlar "Bakı Marafonu 2026"da - Fotolar
-
İdman12:15Rusa qalib gələn ukraynalı idmançı bu hərəkəti ilə gündəm oldu - Video
-
MDB11:05Süleyman Ermənistanı qorxuya salıb: Ölkədə azyaşlıları zorlayan mafiya peyda olub
-
Əmlak10:47Qanunsuz evlər necə artır?: Yeni "ucuz torpaq" tələsi - VİDEO
-
Magazin101:41Şəbnəmin arxiv videosu yayıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Emosiyalar sizi bir az sarsıda bilər
-
Magazin12 May 23:12Manana Çaparidze bağını nümayiş etdirdi - FOTO
-
Kriminal2 May 22:12Azərbaycanda toyda qan töküldü - Qardaşlar...

























.png)

.jpg)






