"Ronaldo ilə Messi bizə bu mükafatı qazanmağa imkan vermirdi"
Bizi izləyin

İdman

"Ronaldo ilə Messi bizə bu mükafatı qazanmağa imkan vermirdi"

"Mançester Siti"nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri "Qızıl top" mükafatı barədə danışıb.

Publika.az xəbər verir ki, o, bu fərdi titulu ispaniyalı futbolçunun qazanmasını istəyir:

“Avro-2024-də qalib gəldikdən sonra dedim ki, "Qızıl top"u ispaniyalı oyunçu alsın. İspaniya futbolu buna layiqdir.

Uzun illərdən sonra biz kubok qazandıq. Tariximizin ən yaxşı dövrünü keçirdik, amma bu mükafatı qazana bilmədik Çünki iki əfsanə var idi - Kriştiano Ronaldo və Lionel Messi. Onların ən yaxşı olmadığını söyləmək çətindir, çünki onlar həqiqətən ən yaxşı idilər.

İndi ən yaxşı oyunçularımız var və biz ən yaxşı futbol oynayırıq. İspaniya buna layiqdir”.

Qeyd edək ki, İspaniya millisi ilə Avro-2024-ün qalibi olan və turnirin ən yaxşı oyunçusu seçilən Rodrinin özü də "Qızıl top"a yekun namizələrin siyahısında yer alıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm