Tayson Usiki hədələdi: Balaca, dekabrın 23-də…
Bizi izləyin

İdman

Tayson Usiki hədələdi: Balaca, dekabrın 23-də…

Ağır çəkidə sabiq dünya çempionu britaniyalı Tayson Fyuri sosial şəbəkələrdə WBO, WBA, WBC və IBO versiyaları üzrə dünya çempionu ukraynalı Aleksandr Usiki hədələyib.

Publika.az xəbər verir ki, Tayson Fyuri Usikin şəklini paylaşaraq yazıb: “Balaca, sən hələ dekabrın 23-də sındırılacaqsan”.

Bundan əvvəl Səudiyyə Ərəbistanının Əyləncə Baş İdarəsinin rəhbəri Turki Əl-Şeyx WBC, WBA, WBO və IBO versiyaları üzrə ağır çəkidə dünya çempionu Aleksandr Usik ilə keçmiş WBC çempionu Tayson Fyuri arasında revanş döyüşünün keçiriləcəyini açıqlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm