DÇ-1990-ın ən yaxşı futbolçusu öldü
Bizi izləyin

İdman

DÇ-1990-ın ən yaxşı futbolçusu öldü

İtaliya millisinin sabiq hücumçusu Salvatore Şkillaçi vəfat edib.

Publika.az “Palermo Today”a istinadən xəbər verir ki, Toto kimi tanınan 59 yaşlı futbol ulduzu on gün əvvəl qəbul olunduğu Palermodakı xəstəxanada çərşənbə günü səhər saatlarında vəfat edib.

2022-ci ildə Skilaççiyə kolon xərçəngi diaqnozu qoyulub və iki dəfə əməliyyat olunmuşdu.

Şkillaçi futbolçu karyerası ərzində “Yuventus”, “İnter”, “Messina” və “Jubilo İvata”da çıxış edib. Onun İtaliya millisində 16 oyunda 7 qolu var. Bunlardan 6-sı DÇ-1990-da vurulub.

O, DÇ-1990-ın bombardiri olub və ən yaxşı oyunçusu seçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm