ÇL: "Barselona"nın səfər, "Atletiko"nun ev sınağı
Bizi izləyin

İdman

ÇL: "Barselona"nın səfər, "Atletiko"nun ev sınağı

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində 1-ci tura yekun vurulacaq.

Publika.az xəbər verir ki, gecənin maraqla gözlənilən görüşlərindən biri İtaliyada keçiriləcək. Avropa Liqasının son qalibi "Atalanta" doğma meydanda "Arsenal"ı qəbul edəcək.

"Barselona" isə Fransada "Monako"nun qonağı olacaq. İspaniyanın digər təmsilçisi "Atletiko" doğma meydanda Almaniya təmsilçisi "Leypsiq"lə qarşılaşacaq.

UEFA Çempionlar Liqası: Liqa mərhələsi, 1-ci tur
19 sentyabr
20:45 Srvena Zvezda - Benfika
20:45 Feyenoord - Bayer
23:00 Atalanta - Arsenal
23:00 Atletik - Leypitsiq
23:00 Monako - Barselona
23:00 Brest - Şturm

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm