"Liverpul"un lideri Liqa 1 klubunu alır
Bizi izləyin

İdman

"Liverpul"un lideri Liqa 1 klubunu alır

"Liverpul"un müdafiəçisi Trent Aleksander-Arnold Fransa Liqa 1-də çıxış edən "Nant" klubunu almaq niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə "L'Equipe" məlumat yayıb.

İngiltərə millisinin üzvünün atası Mikael Arnold, oğlunun biznesini investisiya şirkəti vasitəsilə idarə edir. O, Fransa idman bazarına böyük maraq göstərir. Aleksander-Arnold artıq Fransanın "Formula 1" komandası "Alpin"in minoritar səhmdarıdır.

Trent "Nant"dan əvvəl "Sent-Etyen" və "Havr"ı almaqda maraqlı idi. 8 qat Fransa çempionunun 2007-ci ildən sahib olan Valdemar Kita komandanın üzləşdiyi idman və maliyyə problemlərindən bezdiyi üçün səhmlərini satmaq qərarına gəlib.

Kitanın Arnoldlarla bir neçə dəfə görüşüb. Satınalma təklifinin 100 milyon avro olduğu bildirilir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm