Azərbaycanlı hakim Çempionlar Liqasına təyinat aldı
Bizi izləyin

İdman

Azərbaycanlı hakim Çempionlar Liqasına təyinat aldı

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

Publika.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Ağayev UEFA Çempionlar Liqasının Əsas mərhələsinin 2-ci turunda keçiriləcək “Şturm” (Avstriya) – “Brügge” (Belçika) oyununun baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Devid Kut və Styuart Attuell olacaq.

Qeyd edək ki, oktyabrın 2-də Klaqenfurt şəhərində yerləşən “Verterze” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm