İdman
Azərbaycan Premyer Liqasında mövsümün rekordu
Azərbaycan Premyer Liqasında mövsümün yeni məhsuldarlıq rekordu qeydə alınıb.
Publika.az PFL-in saytına istinadən xəbər verir ki, 8-ci turun oyunlarında 19 qol vurulub.
Orta məhsuldarlıq 3,80-ə bərabər olub. Bununla da ötən turda qeydə alınan rekord yenilənib. Bir həftə əvvəl keçirilən görüşlərdə 17 qol vurulmuşdu.
“Qarabağ” – “Sabah” (3:2) və “Araz-Naxçıvan” – “Səbail”(3:2) oyunlarının hərəsində 5, “Şamaxı” – “Turan Tovuz” (2:2) qarşılaşmasında 4, “Zirə” – “Kəpəz” (3:0) matçında 3 qol qeydə alınıb. Ən az top “Neftçi” – “Sumqayıt” (1:1) görüşünə təsadüf edib – 2 qol.
Qeyd edək ki, orta məhsuldarlığın 3,80-ə bərabər olması son üç mövsüm üçün rekordun təkrarıdır. Ötən mövsümün 10-cu və 16-cı turlarında da 19 qol vurulub. Daha yüksək məhsuldarlığa sonuncu dəfə 2021/22 mövsümünün 10-cu turunda təsadüf edilib. Həmin vaxt 4 oyunda məhsuldarlıq 4,25-ə bərabər olub – 17 qol.
Heybət
-
Sosial12:55
Aeroport yolunda gözlənilən yenilik - VİDEO
-
Qoroskop11:48
2 bürc varlanacaq, 3 bürc işini itirəcək, 4 bürc... - Məşhur astroloqdan həftənin proqnozu
-
Region10:48
Məşhur azərbaycanlı iş adamı Rusiya vətəndaşlığından çıxarıldı: Deportasiya edilir - FOTO
-
Cənubi Qafqaz10:35
Gürcüstan Moskvaya meydan oxuyur: Qoşunlarını bu ərazidən çıxart!
-
Yaxın Şərq10:16
İsrail kəşfiyyatı “Hizbullah”ın daxilinə necə nüfuz edib? - Təfərrüatlar açıqlandı
-
Yaxın Şərq09:52
Netanyahu bəyan etdi: İsrail güc balansını dəyişir, yeni ittifaqlar yaranacaq
-
İqtisadi gündəm08:20
Böhran yaxınlaşır: qazanmaq üçün pulu bura yatırım edin - İqtisadçı
-
Region06:49
Fulya Öztürkə Livanda hücum etdilər: yoxa çıxdı - VİDEO