İdman
Ronaldo: Çox vaxtım qalmayıb, ona görə də...
“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Asiya Çempionlar Liqasının 2-ci turunda “Ər-Rayyan”ı məğlub etdikləri oyundan (2:1) sonra açıqlama verib.
Publika.az xəbər verir ki, portuqaliyalı ulduz 39 yaşında onu qol vurmağa davam etməyə nəyin motivasiya etdiyi haqda danışıb:
“Mən hələ də futbol oynamağı sevirəm və anlayıram ki, çox vaxtım qalmayıb. Ən yaxşı oyunçu sayılmaq və ya fərdi mükafatlar qazanmaq indi vacib deyil. Bundan həzz almaq, kluba və milli komandaya faydalı olmaq vacibdir. Rekordlar mənim bir parçamdır və onları qırmağa öyrəşmişəm. İlk gündən təzyiqi hiss etdim və düşünürəm ki, bu, sonuncu oyuna qədər davam edəcək”.
Qeyd edək ki, portuqaliyalının Qətər klubuna vurduğu qol onun karyerasında 904-cü olub.
Heybət
-
Rəsmi xronika17:02
İlham Əliyev fərman imzaladı
-
MDB16:10
Rusiya ordusu bazara girdi: mülki insanları və uşaqları öldürdü
-
Dünya15:39
Bu Avropa ölkəsinin qapısı müsəlmanların üzünə bağlanır
-
Sosial15:37
Əli Əsədov qərar imzaladı
-
Rəsmi xronika14:42
Prezident onu Rusiyaya səfir təyin etdi
-
Hadisə14:25
Yanacaqdaşıyan maşının sürücüsü yanaraq öldü - FOTO
-
Magazin214:05
Avropanın gözəli bu tatar seçildi - Geyimi də heyran etdi
-
Yaxın Şərq13:13
Son dəqiqə: “Hizbullah” əks-hücuma başladı: Təl-Əvivi vurdu