Netanyahudan israillilərə ÇAĞIRIŞ
Bizi izləyin

Yaxın Şərq

Netanyahudan israillilərə ÇAĞIRIŞ

Netanyahu İsrail vətəndaşlarını ön cəbhə xidmətinin göstərişlərinə əməl etməyə çağırıb.

Publika.az xəbər verir ki. İsrailin baş naziri Benyamin Netanyahu bölgədə vəziyyətin gərginləşməsi ilə əlaqədar ölkə vətəndaşlarına xəbərdarlıq edib.

“İsrail vətəndaşları, İranın şər oxuna qarşı kampaniya tam sürətlə davam edir... Sizdən xahiş edirəm... ön cəbhə komandanlığının göstərişlərinə ciddi əməl edin, bu, həyat xilas edir” , - nazir qeyd edib.

Netanyahu vətəndaşlara İsrail Müdafiə Qüvvələrinin (IDF) nailiyyətlərini, o cümlədən Hizbullah lideri Həsən Nəsrullahın aradan qaldırılmasını xatırladıb. O, həmçinin vurğulayıb ki, İsrail “böyük çətinliklərlə” üzləşir, buna görə də vətəndaşlar bir olmalıdır.

“Biz birlikdə dayanacağıq, birlikdə mübarizə aparacağıq və birlikdə qalib gələcəyik” , - o, deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm