“Real”la oyunda yaşananlara görə “Atletiko”nu hansı cəza gözləyir?
Bizi izləyin

İdman

“Real”la oyunda yaşananlara görə “Atletiko”nu hansı cəza gözləyir?

“Atletiko” “Real”la La Liqanın 8-ci turunun ev oyununda azarkeşlərinin davranışına görə sanksiyalarla üzləşə bilər.

Publika.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “hindular”ın azarkeşləri qarşıdakı 2 və ya 3 ev matçı üçün tribunalara daxil olmaqdan qismən məhrum ola bilərlər.

“Atletiko” azarkeşləri daha əvvəl “Atletik”lə ev oyununda Niko Uilyamsın ünvanına irqçi təhqirlər səsləndirsələr də, buna görə heç bir cəza almamışdılar.

Klub isə yaşananlara biganə qalmayacaq. “Atletiko” iğtişaşlara başlayan azarkeşə stadiona daxil olmağı birdəfəlik qadağa qoyub.

Qeyd edək ki, görüş 1:1 hesabı ilə başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm