"Bayer Leverkuzen"dən yeni klub rekordu
Bizi izləyin

İdman

"Bayer Leverkuzen"dən yeni klub rekordu

“Bayer Leverkuzen” Xabi Alonsonun rəhbərliyi altında ardıcıl uduzmayan ev matçlarının sayına görə yeni klub nailiyyətinə imza atıb.

Publika.az xəbər verir ki, bu barədə “Opta” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “asprinlər” Avropanın əsas yarışlarında ardıcıl 10 ev oyununda məğlub olmayıb. Bu da klub tarixinin ən yaxşı nəticəsidir.

Xatırladaq ki, oktyabrın 1-də Çempionlar Liqasının 2-ci turunda Almaniya klubu “Milan”a 1:0 hesabı ilə qalib gəlib. Ümumi mərhələnin 1-ci turunda “Bayer” “Feyenoord”u 4:0 hesabı ilə məğlub edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm