İsrailin qorxunc planı: Bu iki ölkəni işğal edəcək, İranla sərhədə çatacaq və...
Bizi izləyin

Dünya

İsrailin qorxunc planı: Bu iki ölkəni işğal edəcək, İranla sərhədə çatacaq və...

Xəbər veridyimiz kimi, İsrail Livanın cənubundakı "Hizbullah" hədəflərinə qarşı quru əməliyyatına başlayıb. Bütün bu hadisələr böyük bir münaqişə ilə bağlı iddiaları artırır. Ekspertlər növbəti münaqişə hədəfinin İraq olacağını bildirir. Lakin İraqa müdaxilənin İsrail və İran arasında böyük münaqişəyə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edirlər.

Publika.az xəbər verir ki, İsrail ordusu əməliyyatın məhdud ərazidə olacağına dair açıqlama versə də, ekspertlər bildirirlər ki, işğal bütün ölkəyə yayıla bilər.

Livanın işğal olunacağını daha əvvəl bəyan etmiş məşhur misirli akademik Xalid Fəhminin sözlərinə görə, hərbi müdaxilə aylarla davam edəcək. İsrailin növbəti hədəflərinin Yəmən və İraq olacağını iddia edən Fəhmi sensasion açıqlamalar verib:

“İsrail hökuməti daha əvvəl Yaxın Şərqdə böyük müharibəyə başlamaq niyyətində olmadığını bildirib. Lakin Misirdən Yəmənə, Suriyadan İrana qədər hücum edən bir ölkənin harada dayanacığını anlamaq üçün müdafiə konsepsiyalarına baxmaq lazımdır.

Bu konsepsiyada növbəti ölkə Livandır. İsrail 11 sentyabr hücumlarından sonra ABŞ-ın tutduğu mövqeyə bənzər addımlar atmaqdadır. Buna görə də İsrail ən azı 2 ay davam edən "Hizbullah" əməliyyatlarından və ölkənin cənubunu işğal etdikdən sonra Yəməndə strateji hərbi əməliyyatlar həyata keçirəcək. İsrail bununla da dayanmayacaq və İraqda İranın dəstəklədiyi yerləri də havadan hədəfə alacaq. Təxminən 8 ay davam edəcək bu müddət ərzində İranda kəşfiyyat fəaliyyətlərinin davam edəcəyi aydındır”.

Akademik qeyd edib ki, İsrail beynəlxalq siyasətdə çıxılmaz vəziyyətə və sərt sanksiyalara doğru gedir: “Bir çox ölkələr, o cümlədən Avropa ölkələri İsrailə qarşı sanksiyalara qərar verəcəklər. İsrail hökumətinin ifadə etdiyi “məhdud müdaxilə” anlayışının artıq nəzarətdən çıxmış böyük münaqişə mühitində heç bir qarşılığı yoxdur. HƏMAS-la müqayisədə xeyli güclü mövqedə olan “Hizbullah”la mübarizəni nə məhdud ərazidə, nə də qısa zamanda aparmaq olar. İsrail bunun fərqindədir və buna görə də cənubdakı işğal cəhdinin ardınca şimaldakı şəhərlər bombalanır”.

Fəhmi son olaraq əlavə edib ki, qarşıdakı dövrdə İsrail hava qüvvələri və xüsusi hərbi birləşmələrinin Yəməndəki husi hədəfləri ilə toqquşacağının şahidi olacağıq: “Eyni strategiya ilə İraqda İranın dəstəklədiyi qruplara qarşı döyüşəcəyini görəcəyik. Burada ən kritik bölgə İraq olacaq. İraqa müdaxilə o demək olardı ki, münaqişə İran sərhədləri üzərində qurulacaq. Regionda ən gərgin proses bundan sonra başlaya bilər, çünki İran bu halda sərt reaksiya verməli olacaq”.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm