ÇL: "Bayern" İngiltərə, "Real" Fransa səfərində
Bizi izləyin

İdman

ÇL: "Bayern" İngiltərə, "Real" Fransa səfərində

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində 2-ci tura yekun vurulacaq.

Publika.az xəbər verir ki, ikinci oyun günündə daha 9 görüş baş tutacaq.

"Bayern" səfərdə İngiltərə təmsilçisi "Aston Villa" ilə qarşılaşacaq. "Liverpul" doğma meydanda "Bolonya"nı qəbul edəcək.

Turnirin son qalibi "Real" Fransada "Lill" ilə üz-üzə gələcək. "Yuventus" isə "Leypsiq"in qonağı olacaq.

Qeyd edək ki, 3-cü turun oyunlarına oktyabrın 22-də start veriləcək.

UEFA Çempionlar Liqası: Əsas mərhələ, 2-ci tur
2 oktyabr
20:45 Şaxtyor D - Atalanta
20:45 Jirona - Feyenoord
23:00 Liverpul - Bolonya
23:00.Leypsiq - Yuventus
23:00 Benfika- Atletiko
23:00 Dinamo (Zaqreb) - Monako
23:00 Lill - Real
23:00 Aston Villa - Bavariya
23:00 Şturm - Brügge

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm