"Real" təcili iclas keçirdi: Mbappenin təcavüz qalmaqalı ilə bağlı
Bizi izləyin

İdman

"Real" təcili iclas keçirdi: Mbappenin təcavüz qalmaqalı ilə bağlı

“Real”da komandanın hücumçusu Kilian Mbappe ətrafında yaranmış qalmaqallı vəziyyətlə bağlı təcili iclas keçirilib.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Madrid klubu hücumçu ətrafında yaranmış vəziyyəti müzakirə edib. Futbolçunun komandanın qarşıdakı oyunlarında iştirak edib-etməyəcəyi hələlik məlum deyil. "Real" hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Mbappenin özü isə insidentdə iştirakı ilə bağlı məlumatları təkzib edib. Onun vəkili futbolçunun böhtana görə şikayət edəcəyini bildirib.

Zədəli olduğu üçün Fransa millisinin düşərgəsinə çağırılmayan Mbappe istirahət üçün Stokholma getmişdi. Oktyabrın 14-də məlum olub ki, Stokholm polisi Mbappenin həmin vaxt istirahət etdiyi oteldə baş verdiyi iddia edilən zorlama şikayəti ilə bağlı araşdırmaya başlayıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm