"Sabah" yunanlara qarşı
Bizi izləyin

İdman

"Sabah" yunanlara qarşı

Bu gün basketbol üzrə FIBA Avropa Kubokunun müntəzəm mövsümündə G qrupunun 2-ci tur oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, avrokuboklardakı yeganə təmsilçimiz "Sabah" qrupda ilk ev oyununa çıxacaq. Rimas Kurtinaytisin yetirmələri Bakı İdman Sarayında Yunanıstan təmsilçisi "Maroussi"ni qəbul edəcək.

Görüş oktyabrın 16-da saat 19:00-da başlayacaq.

Qeyd edək ki, təmsilçimiz ilk turda Belçikanın "Spirou" klubuna 82:81 hesabı ilə məğlub olub.

FIBA Avropa Kuboku, G qrupu: 2-ci tur
16 oktyabr
19:00 Sabah BK - Maroussi BK
Bakı Əl Oyunları Sarayı.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm