“Bayer” onun “Bavariya”ya keçməsinə qarşıdır- Ulduzunu bu kluba satmaq niyyətindədir
Bizi izləyin

İdman

“Bayer” onun “Bavariya”ya keçməsinə qarşıdır- Ulduzunu bu kluba satmaq niyyətindədir

“Bayer” 21 yaşlı hücumameyilli yarımmüdafiəçisi Florian Virtsin böyük məbləğdə pul ödəməyə hazır olan “Bavariya”a keçməsini istəmir.

Publika.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində “Sky Sport Germany” jurnalisti Florian Plettenberq məlumat verib.

Mənbənin məlumatına görə, “Bayer” 21 yaşlı futbolçuya “Mançester Siti”nin maraq göstərdiyini nəzərə alaraq, futbolçunu ingilslərə satmaq istəyir ki, “Bavariya” güclənməsin.

“Bayer”in hücumameyilli yarımmüdafiəçini rekord məbləğə satmaq istədiyi də vurğulanır.

“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 130 milyon avrodur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm