Azərbaycan kuboku: 2-ci təsnifat mərhələsi başlayır
Bizi izləyin

İdman

Azərbaycan kuboku: 2-ci təsnifat mərhələsi başlayır

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinə start veriləcək.

Publika.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçiriləcək.

“Turan Tovuz” doğma meydanda II Liqa təmsilçisi “Hypers Guba” ilə üz-üzə gələcək. Qarşılaşma Tovuz şəhər stadionunda, saat 20:00-da başlayacaq. Cütün qalibi 1/8 finalda "Sabah"a rəqib olacaq.

Mərhələnin digər görüşləri sonrakı 3 gün ərzində baş tutacaq. Premyer Liqa təmsilçilərindən “Araz-Naxçıvan” “Şahdağ Qusar”la, “Kəpəz” “Ağdaş”la, “Səbail” “Dinamo”yla, “Şamaxı” “Şəmkir”lə qarşılaşacaq.

“Qəbələ” mərhələnin son görüşündə “Baku Sportinq”i sınağa çəkəcək.

Qeyd edək ki, bu mərhələdə cütün qalibləri bir görüşün nəticəsinə əsasən müəyyənləşir

Azərbaycan Kuboku, 2-ci təsnifat mərhələsi
28 oktyabr (bazar ertəsi)
20:00 “Turan Tovuz” – “Hypers Guba”
Hakimlər: Əkbər Əhmədov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
Tovuz şəhər stadionu.

29 oktyabr (çərşənbə axşamı)
14:00 MOİK – “Şimal”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Murad Səlimov
“Kapital Bank Arena” (ehtiyat meydança).

16:00 “Şahdağ Qusar” – “Araz-Naxçıvan”
Hakimlər: Əli Əliyev, Zöhrab Abbasov, Rəhman Aslanov, Niyaz Əhmədov
“Liv Bona Dea Arena”.

16:00 “Ağdaş” – “Kəpəz”
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Rasim Axundov, Əkbər Əhmədov
Tovuz şəhər stadionu.

18:00 “Dinamo” – “Səbail”
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Fərid Hacıyev
“ASCO Arena”.

30 oktyabr (çərşənbə)
14:00 “Şamaxı” – “Şəmkir”
Hakimlər: Kamran Əliyev, Tərlan Talıbzadə, Kərim Zeynalov, Tural Qurbanov
Şamaxı şəhər stadionu.

14:00 “Mingəçevir” – “Zaqatala”
Hakimlər: Şamil İmanzadə, Mirnihat Seyidov, Asif Abdullayev, Samir Hüseynov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu.

14:00 “Qaradağ Lökbatan” – “Karvan”
Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Zakir Şükürzadə, Rauf Allahverdiyev
Lökbatan OİK stadionu.

15:00 “Şəfa” – “Difai”
Hakimlər: Vüqar Həsənli, Aydın Bəxşiyev, Nurlan Əhmədzadə, Rəsul Babayev
“ASK Arena”.

31 oktyabr (cümə axşamı)
14:00 “İmişli” – “Cəbrayıl”
Hakimlər: Rövşən Rəcəbov, Orxan İbişov, Anar Bədəlov, Emin Abdullayev
Şamaxı OİK stadionu.

15:00 “Qəbələ” – “Baku Sportinq”
Hakimlər: Nicat İsmayıllı, Vüqar Bayramov, Gülnurə Əkbərzadə, Nazim Abdullayev
Qəbələ şəhər stadionu.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm