İdman
"Barselona" autsayderə UDUZDU
"Barselona" İspaniya La Liqasının 15-ci turunun matçında gözlənilmədən autsayder "Las Palmas"a uduzub.
Publika.az xəbər verir ki, Barselonadakı “Olimpiko” stadionunda keçirilən görüş 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Bu görüşdə ilk qolu 49-cu dəqiqədə “Las Palmas”ın hücumçusu Sandro Rodriqes vurub. 61-ci dəqiqədə Rafinya tarazlığı bərpa edib, hücumçu Fabio Silva isə 69-cu dəqiqədə qonaqlara qələbə qazandırıb.
“Barselona” ölkə çempionatına liderlik etməkdə davam edir, lakin itirilmiş xallara görə artıq birinci yerdə deyil. Kataloniyalıların 15 oyundan 34 xalı, ikinci pillədə qərarlaşan "Real"ın isə 13 görüşdən 30 xalı var. Las Palmas turnir cədvəlinin sonuncu pilləsində qalmaqda davam edir: 15 oyundan sonra 15 xalla 14-cü yerdədir.
Növbəti turda “Barselona” xarici meydanda “Malyorka” ilə qarşılaşacaq. Görüş dekabrın 3-də baş tutacaq və Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.
“Las Palmas” evdə “Valyadolid”lə oynayacaq – bu görüş dekabrın 7-də baş tutacaq və start fiti Bakı vaxtı ilə saat 17:00-a səslənəcək.
Hüseyn İbadlı
-
İdman03:13Ronaldo cəzalandırılmasını tələb etdi
-
İdman00:45“Bayern Münhen” Kenan Yıldızı niyə pulsuz buraxdı?
-
Qoroskop00:15Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmağa çalışır
-
Magazin16 Oktyabr 23:24Tacir Şahmalıoğlu hansı xəstəliyə düçar olduğunu açıqladı - VİDEO
-
Sağlamlıq6 Oktyabr 22:48Kofeinsiz və adi qəhvə - Yaddaş üçün hansı daha yaxşıdır?
-
Hadisə6 Oktyabr 22:24O gəmidə yaralananlardan biri də Coşqun olub - FOTO/VİDEO
-
Magazin26 Oktyabr 22:12Keçmiş həbsxana gözətçisi gözəllik müsabiqəsinin finalına yüksəldi
-
Avropa6 Oktyabr 21:48Makron yeni ballistik raketin buraxılışını şəxsən izlədi - VİDEO
















.jpg)
















.jpg)

