Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
Bizi izləyin

Region

Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz

Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz

Gürcüstanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Publika.az xəbər verir ki, Türkiyə tərəfi bu addımı noyabrın 26-da Batumidə keçirilən “Beşiktaş” – “Hapoel Beer-Şeva” UEFA Avropa Liqası matçında baş verən insidentlərlə əlaqədar atıb.

Türkiyə XİN-dən bildirilib ki, səfirə hadisələrlə bağlı Ankaranın etirazları çatdırılıb və insidentin bütün aspektlərinin araşdırılması tələb olunub. Türkiyə tərəfi həmçinin güc tətbiqində məsuliyyəti olan şəxslərin qanun qarşısında cavab verməsini istəyib.

Xatırladaq ki, görüşün 25-ci dəqiqəsində tribunada baş verən qarşıdurma səbəbindən oyun təxminən 30 dəqiqə dayandırılıb. “Beşiktaş” azarkeşlərinin Fələstin bayraqları və plakatları nümayiş etdirməsindən sonra Gürcüstan polisi tribunaya müdaxilə edib. Azarkeşlərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaşanıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisələr zamanı üç polis əməkdaşı xəsarət alıb, 16 nəfər saxlanılıb. Türkiyə tərəfi isə polisin müdaxiləsini qeyri-mütənasib güc tətbiqi kimi qiymətləndirib.

Qarşılaşma fasilədən sonra bərpa olunub və “Beşiktaş” rəqibini 2:1 hesabı ilə məğlub edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm