Dünya
İsrail Türkiyənin 6 strateji addımını xəritələşdirdi: "Türk pəncəsi" sahillərdə
İsrail mətbuatı Türkiyənin son dövrdə müxtəlif coğrafiyalarda həyata keçirdiyi diplomatik, hərbi və iqtisadi addımları təhlil edib. “Maariv” qəzetində dərc olunan məqalədə Ankaranın təsir dairəsini genişləndirdiyi altı strateji istiqamət diqqətə çatdırılıb.
Publika.az xəbər verir ki, israilli istefada olan polkovnik-leytenant Amit Yaqur Türkiyənin Afrika buynuzundan Şərqi Aralıq dənizinə, Liviyadan Qafqaza və Pakistana qədər uzanan fəaliyyətlərini vahid strategiyanın tərkib hissəsi kimi qiymətləndirib.
Təhlildə ilk diqqət çəkən istiqamət Türkiyə ilə Somalinin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı yaxınlığında birgə dəniz bazası inşa etməsidir. “Barbarossa” kompleksi çərçivəsində yaradılan obyektin Somali Hərbi Dəniz Qüvvələrinin qərargahı, əməliyyatların koordinasiya mərkəzi və logistik infrastruktur kimi fəaliyyət göstərəcəyi bildirilir.
İkinci istiqamət Türkiyə və Qətərin Suriyada əməkdaşlığıdır. Ölkənin yenidən qurulması, nəqliyyat, ticarət və enerji sahələrində əlaqələrin inkişaf etdirilməsi ilə yanaşı, Türkiyənin müdafiə sənayesi sahəsindəki töhfələri də vurğulanıb. Suriya ordusuna Türkiyə istehsalı zirehli texnikaların göndərilməsi hərbi əməkdaşlığın konkret göstəricisi kimi təqdim edilib.
Üçüncü istiqamət Türkiyənin Livanla diplomatik və iqtisadi əlaqələridir. Bilal Ərdoğanın Beyruta səfəri, prezident Cozef Aun və Baş nazir Nəvaf Salam ilə görüşləri diqqətə çatdırılıb. Səfərin Livanın şimalındakı sünni və türkmən icmaları baxımından da əhəmiyyət daşıdığı qeyd olunub.
Dördüncü mühüm məqam 2019-cu ildə Türkiyə ilə Liviya arasında imzalanmış dəniz yurisdiksiyası sahələrinin delimitasiyası haqqında sazişin Liviya Nümayəndələr Palatası tərəfindən təsdiqlənməsidir. Türkiyənin Liviyadakı müxtəlif siyasi qüvvələrlə münasibətlərinin Ankaranın regional diplomatik mövqeyini gücləndirdiyi bildirilib.
Beşinci istiqamət Azərbaycanı Ermənistanın cənubundan keçməklə Türkiyəyə birləşdirəcək nəqliyyat layihəsidir. “Tramp marşrutu” kimi tanınan layihənin türk dünyası arasında quru yolu əlaqələrini gücləndirəcəyi, eyni zamanda Mərkəzi Asiyaya uzanan ticarət xətlərinin inkişafına imkan yaradacağı qeyd edilib.
Altıncı və sonuncu istiqamət enerji sahəsində əməkdaşlıqdır. TPA-nun (Türkiyə Petrolleri Anonim Ortaklığı) Pakistanın dövlət enerji şirkətləri ilə əməkdaşlığı çərçivəsində Ərəbistan dənizində neft və təbii qaz axtarışlarının aparılması nəzərdə tutulur. Yaqur bu addımı Türkiyənin “Mavi vətən” konsepsiyasının coğrafi əhatəsinin genişlənməsi ilə əlaqələndirib.
İsrailli təhlilçinin qənaətinə görə, Türkiyə hərbi əməkdaşlıqlar, müdafiə sənayesi, enerji layihələri və diplomatik əlaqələr vasitəsilə regional təsirini genişləndirir. Xüsusilə strateji dəniz yolları və keçid məntəqələrində Ankaranın mövqeyinin güclənməsi diqqət çəkir.
Müəllif: Roza
-
Sosial10:00Fira Cəlilovanın evində tutulan şəxsin - FOTOSU
-
Nida Təhlil 09:36DMX Rusiya vətəndaşlarına çağırış etdi
-
MDB09:24Sankt-Peterburq səhəri dron həyəcanı ilə açdı - Partlayışlar var
-
Dəb07:47Qışın ən dəbli saç rəngi açıqlandı
-
Səhiyyə07:30Soyuq havada gözlərin yaşarmasının səbəbi məlum oldu
-
Magazin206:16Hadise makiyajsız kameralar qarşısında: Üzündəki göyərmə diqqət çəkdi - FOTO
-
Magazin204:44“Vogue” jurnalı ilin ən dəbli cütlüyünü seçdi
-
Sosial01:41Kənd yumurtası kəskin bahalaşdı - VİDEO















.jpg)





.png)











