Hadise makiyajsız kameralar qarşısında: Üzündəki göyərmə diqqət çəkdi - FOTO
Bizi izləyin

Magazin2

Hadise makiyajsız kameralar qarşısında: Üzündəki göyərmə diqqət çəkdi - FOTO

Hadise makiyajsız kameralar qarşısında: Üzündəki göyərmə diqqət çəkdi - FOTO

Türk müğənni Hadise Türkmənistanda verəcəyi konsert öncəsi makiyajsız görüntülənib. Sənətçi üzündəki göyərmənin səbəbini açıqlamaqla yanaşı, istifadə etdiyi estetik və kosmetoloji prosedurlar barədə də danışıb.

Publika.az xəbər verir ki, bu barədə “SonDakika” nəşri məlumat yayıb.

Bildirilib ki, 40 yaşlı müğənni konsert hazırlıqları zamanı qaldığı otel otağında kamera qarşısına keçərək dəriyə qulluq qaydalarından danışıb. Üzündə yalnız nəmləndirici vasitə olduğunu bildirən Hadise diqqəti üzündəki kiçik göyərməyə yönəldib.

Müğənni göyərmənin dolğu prosedurundan deyil, mezoterapiyadan qaynaqlandığını bildirib. Prosedur zamanı həmin nahiyədə bir qədər ağrı hiss etdiyini də qeyd edib.

Hadise dolğu etdirməyi sevmədiyini, lakin üzünə qulluq prosedurlarına üstünlük verdiyini söyləyib. O, mezoterapiya və somon tətbiqlərinə maraq göstərdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, müğənni botoks etdirdiyini də gizlətməyib. Hadise bu prosedurdan istifadə etdiyini açıq şəkildə etiraf edərək, bunu inkar etməyin düzgün olmayacağını bildirib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm