İdman
Dünya klublarının yeni reytinqi: "Qarabağ" və "Zirə" irəlilədi, "Turan Tovuz" isə...
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya klublarının yeni reytinq cədvəlini açıqlayıb.
Publika.az xəbər verir ki, 502 klubun yer aldığı siyahıda Azərbaycanın cəmi 4 təmsilçisinin adına rast gəlmək olar.
Ən yüksək pillədə "Qarabağ" qərarlaşıb. Ağdam klubu son sıralama ilə müqayisədə 5 pillə irəliləyib. "Köhlən atlar" 177,5 xalla 67-ci yerdədir.
Digər təmsilçilərimizdən "Zirə" 94,25 xalla 219-cudur. "Qartallar"ın mövqeyi dəyişməyib. "Sabah" isə 409-cu sırada qərarlaşıb. "Bayquşlar" 14 "addım" irəliləyib.
"Turan Tovuz" isə ilk dəfə bu siyahıda yer alıb. Qərb klubu 53,75 xalla 496-cı sırada yer alıb.
Qeyd edək ki, dünya klublarnın reytinqinə 388 xalla "Real" başçılıq edir. "İlk üçlük"də müvafiq olaraq "Atalanta" (377 xal) və "Bayer Leverkuzen" (370) də var.
Heybət
-
Dünya05:45Göyərtəsində 400-ə yaxın insanın olduğu BƏRƏ BATDI
-
Avropa03:13Zelenski Avropa Birliyindən görün nə istədi
-
Banklar 01:41Banklardan kredit götürənlərin NƏZƏRİNƏ - Yaxın dövrdə nə gözlənilir?
-
MDB00:45Trampın kürəkəni “ağıllı” üzük və qırmızı iplə DİQQƏT ÇƏKDİ - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu iki enerji birlikdə möcüzə yaradır
-
Magazin125 Yanvar 23:36"Bu o deməkdir ki, sən sənət adamı deyilsən"
-
Region25 Yanvar 22:48İran alçaq hündürlükdə uçuşlara QADAĞA QOYDU
-
Magazin125 Yanvar 22:36"Məzar yerimi və kəfənimi almışam" - VİDEO





































