İdman
Məşhur futbolçunun atası oğlunun “lipa” olduğunu dedi: “Borussiya” bəyanat yaydı
Dortmund “Borussiya”sı hücumçu Yussuf Mukokonun atasının iddiası ilə bağlı bəyanat yayıb.
Publika.az xəbər verir ki, atası oğlunun sənədlərdə göstərildiyi kimi 20 noyabr 2004-cü ildə deyil, 19 iyul 2000-ci ildə anadan olduğunu bildirib.
“Yussuf Mukokonun bioloji valideynləri və doğum tarixi rəsmi şəxsiyyəti təsdiq edən sənədlərdə və alman hakimiyyət orqanları tərəfindən verilmiş doğum haqqında şəhadətnamədə göstərilib. Bu sənədlər bu gün də qüvvədədir və həm Almaniyada, həm də xarici klublarda və təbii ki, Almaniyanın U21 milli komandasında oynamaq hüququ əldə etmək üçün də əsasdır.
Nəzərə alın ki, yuxarıda qeyd olunan sənədlərdə adları çəkilən futbolçu və onun bioloji valideynləri bizə, valideynlərə münasibətdə, hətta məhkəmə icraatı çərçivəsində and içmiş üçüncü şəxslərə yuxarıda qeyd olunan rəsmi sənədlərdə əks olunan məlumatların doğru olduğunu bildiriblər.
Bu vəziyyət, əlbəttə ki, bizim, Almaniya Futbol Assosiasiyası və oyunçunun hazırkı klubu “Nitsa” üçün həlledici əhəmiyyət kəsb edir”, – “Sky Sport Germany” “Borussiya”nın bəyanatından sitat gətirib.
-
Maraq dünyası04:44Bakıda turistlərin rəqsi gündəm oldu - VİDEO
-
Magazin204:14Timatinin keçmiş sevgilisi söz-söhbətə SON QOYDU - FOTO
-
Əmlak01:41Bakının bəzi ərazilərində torpaqlar BAHALAŞDI
-
Ekologiya01:11Bu gecə Azərbaycanda Super Ay müşahidə olunacaq
-
Magazin200:15Demet Özdemir Azərbaycan mahnısı paylaşdı - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Hissləriniz dərinləşir
-
Hadisə4 Dekabr 22:12Bakıda yeraltı keçiddə eskalator QIRILDI - Xəsarət alanlar var
-
Səhiyyə4 Dekabr 21:48Tibb bacısı huşunu itirən xəstəni BELƏ SOYDU





































