Rəsmi xronika
İlham Əliyev Davosda görüşlər keçirdi - FOTO/YENİLƏNDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda "Carlsberg Group" şirkətinin Baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşüb.
Publika.az xəbər verir ki, söhbət zamanı tam yerli xammal əsaslı məhsulun buraxılması istiqamətində artıq bir sıra layihələrin həyata keçirildiyi qeyd edildi.
Bu xüsusda İmişlidə pivə istehsalında əsas xammal hesab olunan arpanın emalı müəssisəsinin fəaliyyətinə toxunuldu. Gələcəkdə isə qablaşdırma materiallarının istehsalının da tam lokallaşdırılacağı bildirildi.
Yakob Aarup-Andersen "Carlsberg Group"un Azərbaycanda istehsal etdiyi məhsulun ixracının 2025-ci ildə əhəmiyyətli dərəcədə artdığını vurğuladı.
Görüşdə Azərbaycanda xarici investorlar üçün yaradılmış şəraitdən məmnunluq ifadə olundu.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda dünyanın ən böyük liman operatorlarından biri olan "DP World" şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə görüşüb.
Publika.az xəbər verir ki, görüşdə "DP World" şirkətinin Azərbaycanda uğurlu fəaliyyəti məmnunluqla qeyd edilib.
Ölkəmizin mühüm beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyi vurğulanaraq, son dövrlərdə Azərbaycanda müasir nəqliyyat infrastrukturunun qurulması istiqamətində icra edilən layihələrdən bəhs olunub. Bu xüsusda "DP World" şirkəti ilə əməkdaşlığın genişləndirilməsinin potensialının olduğu vurğulanıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 19-da Davosda Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus ilə görüşü olub.
Publika.az xəbər verir ki, söhbət zamanı dövlət başçısı ilə Tedros Adhanom Qebreyesusun əvvəlki görüşləri məmnunluqla xatırlanıb.
Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb, ölkənin təşkilatın dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi layihələrə dəstəyi qeyd edilib. Bu xüsusda, COVID-19 pandemiyası zamanı Azərbaycanın bir sıra ölkələrə könüllü maliyyə yardımı göstərməsi xüsusi olaraq vurğulanıb.
Görüşdə Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

***
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda "Vestas Wind Systems" şirkətinin marketinq, kommunikasiya, davamlılıq və ictimaiyyətlə əlaqələr üzrə qrupunun baş vitse-prezidenti Morten Dirholm ilə görüşüb.
Publika.az xəbər verir ki, söhbət zamanı bu şirkətin ölkədə bərpaolunan enerji, xüsusilə külək enerjisi sahəsində fəaliyyətinə toxunulub, mövcud əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.
Azərbaycanın xarici investorlar üçün cəlbedici məkan olduğu vurğulanıb, ölkədə əlverişli investisiya və biznes mühitinin mövcudluğu məmnunluqla qeyd edilib.
Görüşdə Azərbaycan ilə "Vestas Wind Systems" şirkəti arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
***
Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Braziliyanın aparıcı investisiya banklarından və aktivlərin idarə edilməsi şirkətlərindən biri olan “BTG Pactual” şirkətinin sədri Andre Esteves ilə görüşüb.
Publika.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın makroiqtisadi sabitliyinə və fiskal intizamına, həmçinin uzunmüddətli inkişaf strategiyasına toxunaraq, bu istiqamətdə həyata keçirilən siyasətin ölkəmizin beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmlənməsinə müsbət təsir göstərdiyini dedi.
Dövlətimizin başçısı vurğuladı ki, dünyanın beynəlxalq reytinq agentlikləri ölkəmizin kredit reytinqini daha da artıraraq, investisiya və müsbət proqnozu olan reytinq səviyyəsinə qaldırıb.
Rəhbərlik etdiyi şirkətin qlobal fəaliyyət coğrafiyası və institusional investorlarla iş təcrübəsi barədə danışan Andre Esteves “BTG Pactual”ın müxtəlif regionlarda tətbiq etdiyi investisiya yanaşmaları barədə məlumat verdi.
Qeyd olundu ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə bu şirkət arasında son dövrlərdə mümkün əməkdaşlıq istiqamətləri və strateji prioritetlər ətrafında ilkin müzakirələr aparılır, qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoq davam etdirilir.
Söhbət zamanı qlobal iqtisadi proseslər, beynəlxalq maliyyə bazarlarında mövcud vəziyyət və institusional investorların müxtəlif regionlara yanaşması, həmçinin inkişaf etməkdə olan bazarlarda investisiya mühiti, uzunmüddətli investisiya yanaşmaları və qarşılıqlı investisiya layihələri ilə bağlı fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, 1983-cü ildə təsis edilmiş “BTG Pactual” təxminən yarım trilyon ABŞ dollarından çox aktivləri idarə edir.
-
Köşə09:12Azərbaycanda məmurdan sensasion etiraf: Tapşırıqla...
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək







































