Mourinyodan jurnalistlərə irad: Niyə heç biriniz onun haqqında soruşmadınız?
Bizi izləyin

İdman

Mourinyodan jurnalistlərə irad: Niyə heç biriniz onun haqqında soruşmadınız?

Mourinyodan jurnalistlərə irad: Niyə heç biriniz onun haqqında soruşmadınız?

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo ukraynalı qapıçı Andrey Luninin “Barselona”ya qarşı oyununu yüksək qiymətləndirib.

Publika.az xəbər verir ki, onun sözləri “Madrid Zone” tərəfindən sitat gətirilib.

“Luninə baxın. Niyə heç biriniz məndən onun haqqında soruşmadınız? Bu gün uduzsaydıq, ilk sual belə olardı: Lunin oynadığı, Kurtua oynamadığı üçün uduzdunuz? Lunin inanılmaz idi”.

“Real Madrid” “Barselona”nı Kilian Mbappenin dublu sayəsində məğlub etməyi bacarıb (2-1).

Oyundan əvvəl komandanın əsas qapıçısı Tibo Kurtuanın xəstəlik səbəbindən derbini buraxacağı açıqlandı. Beləliklə, Lunin mövsümdə ilk rəsmi oyununu keçirdi.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm