İdman
Məşhur ispan agent Ermənistanın ən titullu klubunu aldı
İspaniyalı Anton Farber Ermənistanın “Pyunik” klubunun yeni sahibi olub.
Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sentyabrda rusiyalı iş adamı Artur Soqomonyan Ermənistan Futbol Federasiyasının rəhbərliyinin təqiblərinə görə “Pyunik”i satışa çıxarmışdı.
“FC Pyunik” yeni dövrə qədəm qoyur. Klubun mülkiyyəti Artur Soqomonyandan Anton Farberə keçib. Bu sövdələşmə qarşılıqlı hörmət, dostluq, əməkdaşlıq və birlik dəyərlərini əks etdirən klubun gələcəyi ilə bağlı ortaq baxış mühitində bağlanıb”, – məlumatda deyilir.
Klubun yeni sahibi – Anton Farber FİFA-nın rəsmi matç agenti və oyunçu agenti kimi uzun illər təcrübəyə malikdir. O, Avropa və Yaxın Şərqdə aparıcı futbol agentlikləri olan “Authentic.Football” və “KAI Football”un yaradıcısıdır.
“Pyunik” Ermənistanın ən titullu klubudur. İrəvanlılar 16 dəfə ölkə çempionatının qalibi olub, 8 dəfə kubokun, 10 dəfə isə Ermənistan Superkubokunun qalibi olub.
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?


















.jpg)



.jpg)














