İdman
Çempion oldu və futbolla vidalaşdı
“Los-Anceles Qeleksi” tarixində 5-ci dəfə MLS çempionu olub.
Publika.az xəbər verir ki, mövsümün final matçında “Nyu İnqlend Revolyuşn” klubu ilə qarşılaşan kaliforniyalılar əlavə vaxtda mövsümün ən dəyərli oyunçusu Robbi Kinin qoluyla qalib gəlib (2:1).
“Los Anceles Qeleksi” bundan əvvəl 2002, 2005, 2011 və 2012-ci illərdə MLS-in ən güclüsü olub. Bundan başqa, kaliforniyalılar 4 dəfə də final həyəcanı yaşayıb. Beşinci dəfə final oynayan “inqilabçılar” isə hələ çempionluq sevinci yaşamayıb.
“Los Anceles Qeleksi”nin bu qələbəsi azarkeşləri sevindirdiyi qədər də kövrəldib. Məsələ burasındadı ki, əfsanəvi amerikalı futbolçu Lendon Donovan böyük futbolla vidalaşıb. Hücumçu butslarını məhz çempion kimi mismardan asmaq qərarına gəlib.
Budəfəki titul 32 yaşlı Donovanın karyerasında 6-cı olub. Əla formada futboldan getməyə qərar verən Lendon karyerasının böyük hissəsini MLS-də keçirsə də, Avropada da tanınıb. O, bir müddət “Bavariya”nın və “Everton”un şərəfini qoruyub. Bundesliqada özünü göstərə bilməsə də, Premyer Liqada o qədər də pis təsir bağışlamayıb.
ABŞ millisində 150 oyun keçirən forvard 56 qol vurub. DÇ-2002, DÇ-2006 və DÇ-2010-da iştirak edib. Braziliyada təşkil olunan son mundiala da gedə bilərdi. Amma ABŞ millisinin baş məşqçisi Yürgen Klinsmannla aralarında yaranan konflikt onun Braziliyaya yolunu kəsdi.
Donovan klub səviyyəsində 321 oyun keçirib və 134 qolla yadda qalıb.
-
Dünya10:32
Ərdoğanın bu sözləri Yunanıstanda manşet oldu: Hər kəsin diqqəti ona yönəldi
-
Qoroskop09:42
Sevdiyini anında unudub yeni eşqə yelkən açan ÜÇ BÜRC
-
Nida Xəbər 09:36
Yağış, qar, dolu... - FAKTİKİ HAVA
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO