İdman
Suares intihar etmək istəyən şəxsi belə xilas etdi
“İnter Mayami”nin hücumçusu Luis Suares bir nəfəri intihardan xilas edib.
Publika.az xəbər verir ki, “Teledia”nın məlumatına görə, insident cümə günü axşam Uruqvayın Syudad de la Kosta şəhərinin Laqomar bölgəsində baş verib. Yerli vaxtla saat 23:00 radələrində 49 yaşlı kişi Ailə Zorakılığına Qarşı Mübarizə Şöbəsinə zəng edib və niyyətini bildirib, bundan sonra telefonu qapadıb. Bundan sonra 6 metr hündürlüyü olan ağaca dırmaşaraq, tələb edib ki, arvadını görməyə icazə versinlər. O, boynuna kəndir bağlayıb və intiharla hədələyib.
Hadisə yerinə psixi sağlamlıq üzrə təcili yardım qrupu gəlib. Tətil üçün evə gələn Suares həmin vaxt Laqomarda olub.
Baş verənlərdən xəbər tutan futbolçu da kişi ilə söhbət etmək və onu fikrindən daşındırmaq üçün ağaca tərəf gedib.
Nəhayət, 18 saat ağacın başında olandan sonra kişi aşağı enməyə razı olub. İndi o, psixiatrik müayinəyə göndəriləcək.
-
İdman12:46
Menecer Juninyonun transferi ilə bağlı son durumu açıqladı: Realdır, amma bilin ki...
-
Kriminal12:10
Salyanda ərini doğrayan qadın tanınmış həkimin qızıdır: "15 ildir ki..." - Şok təfərrüatlar
-
Nida Xəbər 11:55
Fransız casusla bağlı ittiham aktı elan olundu
-
Magazin111:18
“Həmin üzdəniraq fiqurlar...“ - Faiq Ağayev od püskürdü / VİDEO
-
MDB10:42
Universitetlər yeni təhsil sisteminə keçir: “Bakalavr” anlayışı ləğv ediləcək
-
Hadisə10:18
Turistlərdən ağlasığmaz davranış: Qadın heykəllə cinsi əlaqədə olur, kişi şalvarında... - FOTO
-
Sosial09:54
Onlara yeni vəzifə verildi
-
Region09:12
Gürcüstanda qaçırılan Rusiya vətəndaşının meyiti tapıldı