İdman
Azərbaycan Kikboksinq Federasiyası DSX mayoru və Ramal Aslanovla bağlı qərar verdi - EKSKLÜZİV
Bu gün Azərbaycan Kikboksinq Federasiyasında (AKF) qurumun I vitse-prezidenti Ramal Aslanov və məşqçi Elnur Həmidov arasında yaşanan xoşagəlməz insidentlə bağlı iclas keçirilib.
Bu barədə Publika.az-a qurumun rəhbəri Orxan Əliyev məlumat verib. O, toplantıda baş vermiş xoşagəlməz hadisə ilə bağlı federasiya tərəfindən qərarlar verildiyini bidirib.
Belə ki, Ramal Aslanov öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub. Eyni zamanda Azərbaycan Kikboksinq Federasiyasının nəzdində fəaliyyət göstərən, Elnur Həmidovun direktoru və baş məşqçisi olduğu "Dragon Fight Academy" idman klubunun lisenziyası ləğv edilib.
Fuad Zeynalovun Azərbaycan Kikboksinq Federasiyasının nəzdində məşqçi fəaliyyətinə xitam verilib.
Elşən Abdulrəhimov isə federasiyanın icraçı direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum etməkdə şübhəli bilinən, məşqçilər Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov saxlanılıblar. Daha sonra kikboksinq üzrə dünya və Avropa çempionu, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Ramal Aslanov insidentin sifarişini verən şəxs kimi saxlanılıb.
Heybət Məmmədov
-
Nəqliyyat07:35Taksi kartı ilə bağlı sürücüləri çaşbaş salan vəziyyət: "Xəbərimiz yoxdur" - VİDEO
-
Magazin207:15Məşhur aparıcı yıxılıb xəstəxanalıq oldu: ombası sınıb
-
Sağlamlıq05:45Uzunömürlülük üçün hansı yaşda nə etmək lazımdır?
-
Dünya04:30Netanyahu İranı yenə hədələdi: Görünməmiş güclə...
-
Ekologiya02:44Son 25 ilin ən güclü maqnit qasırğası qeydə alındı
-
Qoroskop01:40Həyatınızdakı "bağlı qapı"lar açılmağa hazırlaşır
-
Hadisə19 Yanvar 23:29Azərbaycanda zəlzələ oldu
-
Dəb19 Yanvar 21:52Moda əfsanəsi Valentino vəfat etdi













.jpg)




.jpg)



















