Ekologiya
Ölkəmizdə arı ailələri niyə məhv olur? - VİDEO
Saatlıda arılar kütləvi şəkildə tələf olur.
Publika.az Xəzər TV-yə istinadən bildirir ki, arıçılar bildirirlər ki, arı ailələrinin yarıdan çoxu məhv olub.
Onların sözlərinə görə, mövsümdənkənar yumurta qoyulması varratoz xəstəliyinin yayılmasına və arı balalarının məhv olmasına gətirib çıxarıb:
Arıçılar qeyd edirlər ki, hazırda çərçivələrdə qış üçün ehtiyat yem mövcuddur. Lakin ailələrin zəifləməsi onların qışdan sağ çıxmasını sual altına alır. Onların sözlərinə görə, vəziyyətdən çıxış yolu arı ailələrinin izolyasiya edilməsi və varratoz gənələrinə qarşı vaxtında mübarizə tədbirlərinin görülməsidir.
Saatlı Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, rayon üzrə ümumilikdə 1233 arı ailəsi mövcuddur. Mövsüm vaxtı hər arı ailəsindən orta hesabla 15-20 kiloqram bal istehsal olunur. Hazırda arı təsərrüfatlarında arı xəstəliklərinin, xüsusilə varroatoz xəstəliyinin yayılması müşahidə olunur. Mərkəzdən bildirilib ki, hazırda varratoz xəstəliyinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Daha ətraflı videomaterialı təqdim edirik.
-
MDB18:36Milyarder xanımının “Porsche”si qəzaya uğradı - VİDEO
-
Region17:02İrəvan-Moskva xəttində böhran: Ermənistan Rusiya ilə əlaqələri “təftiş” edir
-
Rəsmi xronika16:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu - YENİLƏNDİ
-
Rəsmi xronika16:03İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - YENİLƏNDİ
-
Rəsmi xronika16:02Prezident sərəncam imzaladı
-
ABŞ13:30ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?
-
Nida Xəbər 12:04Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı























.webp)










.jpg)


