İdman
“Lester”in sahibi satış qərarından vaz keçdi
İngiltərənin “Lester Siti” klubunun sahibi Aiyavatt Srivaddhanaprabha (Khun Top) komandaya yeni investor və ya alıcı tapmaq cəhdlərini dayandırıb.
Publika.az xəbər verir ki, ardıcıl iki dəfə liqanı tərk edən və hazırda İngiltərənin üçüncü divizionu olan Liqa 1-də mübarizə aparan klub yay aylarında satışa çıxarılıb. Lakin potensial investorlarla aparılan danışıqlar nəticəsiz qalıb. Buna görə də Khun Top satış prosesini dayandırmaq qərarına gəlib.
Klub rəhbəri azarkeşlərə ünvanladığı açıq məktubda bildirib ki, yeni investisiyanın cəlb edilməsi və ya mülkiyyətçinin dəyişməsi variantları müəyyən müddət ərzində nəzərdən keçirilib. Ancaq tərəflər arasında razılıq əldə olunmadığından diqqəti yenidən komandanın inkişafına yönəltmək qərara alınıb.
BBC-nin məlumatına görə, satış üçün hazırlanan sənədlərdə “Lester Siti”nin dəyəri 200 milyon funt sterlinqdən artıq qiymətləndirilib. Bununla belə, bu məbləğdə təklif verən alıcı tapılmayıb.
Digər tərəfdən, klubun baş icraçı direktoru Kevin Devisin gələn ay vəzifəsindən ayrılacağı da açıqlanıb. Yeni rəhbər təyin olunana qədər klubun kommersiya fəaliyyətinə mövcud idarəçilik komandası nəzarət edəcək.
Qeyd edək ki, 2010-cu ildən “King Power” şirkəti vasitəsilə Srivaddhanaprabha ailəsinə məxsus olan “Lester Siti” 2016-cı ildə İngiltərə Premyer Liqasının qalibi olub. Komanda ötən mövsüm maliyyə qaydalarını pozduğuna görə xal silinməsi cəzası da alıb. Hazırda klubun əsas hədəfi Liqa 1-də mövqelərini möhkəmləndirmək və yenidən Çempionşipə yüksəlməkdir.
-
Sosial22:24Parkda gecələyən uşağın valideyninə bu cəza verildi
-
ABŞ22:12Şükranlıq Günündə yarım milyondan çox amerikalı işıqsız qaldı
-
Gözəllik21:36Qışda saçlara necə qulluq edilməlidir? - Stilistdən tövsiyə
-
Hadisə21:12Azərbaycanda zəlzələ oldu
-
Region20:24İranda saxta spirtli içkidən kütləvi zəhərlənmə - Çox sayda ölən var
-
İdman19:20"Sabah"a 2 qol vuran Qordon həftənin oyunçusu seçildi
-
İKT18:36“Aztelekom”dan internet sürəti ilə bağlı açıqlama
-
Hadisə17:01Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı






















.jpg)












