“Mançester Yunayted”in tarixində belə pis baş məşqçi olmayıb
Bizi izləyin

İdman

“Mançester Yunayted”in tarixində belə pis baş məşqçi olmayıb

İngiltərə Premyer Liqanın 24-cü turunda "Mançester Yunayted" evdə "Kristal Pelas"a 0:2 hesabı ilə uduzub.

Publika.az xəbər verir ki, Ruben Amorimin rəhbərliyi altında "qırmızı şeytanlar" çempionatda 7 ev oyununda 5-ci məğlubiyyət olub. Bu, klub tarixində ən pis nəticədir.

Devid Moyesin rəhbərlik etdiyi "Yunayted" 14, Erik ten Haq 28, Lui van Qa 30, Ole Qunnar Solşer 31 və Aleks Ferqyuson 88 oyunda evdə 5-ci məğlubiyyət alıb.

Qeyd edək ki, “Mançester Yunayted” Joze Mourinyo və Ralf Ranqnikin rəhbərliyi altında da Premyer Liqada 5 ev oyununda məğlub olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm