İdman
"Kəpəz" 12 ildən sonra bunu bacardı
“Kəpəz” Azərbaycan Premyer Liqasında ardıcıl ikinci ev oyununda 3 və ya daha çox qol vurub.
Publika.az xəbər verir ki, 19-cu turda “Turan Tovuz”a 5:2 hesabı ilə qalib gələn Gəncə klubu 21-ci turda “Sabah”a qarşı məhsuldarlıq nümayiş etdirib – 3:2.
Peşəkar Futbol Liqasının məlumatına görə, “Kəpəz” son 12 mövsümdə ilk dəfə ardıcıl iki dəfə qonaqların qapısına minimum 3 top vurub. Qərblilər sonuncu dəfə 2011/12 mövsümündə belə göstəriciyə imza atıb. Gəncə təmsilçisi 2012-ci ilin martında “Qəbələ”ni 3:2, “Sumqayıt”ı 4:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, “Kəpəz”in evdə ardıcıl üç və ya daha çox top vurduğu oyunların sayındakı rekordu 7 matçdan ibarətdir. Bu seriya 1997-98-ci illərdə qeydə alınıb.
Heybət
-
Sosial20:12Xaçmaz sakini fəryad edir: "Bir gecədə hər şey məhv oldu" - VİDEO
-
Sosial19:24"Nəqliyyat Təlim Mərkəzi"nə yeni direktor TƏYİN EDİLDİ
-
Magazin119:12“Həmin gün kasıbçılıqdan çıxdıq”
-
Hadisə18:36Göygöldə torpaq uçqunu: Əsas yolda çətinliklər yarandı - Video
-
Nida Xəbər 17:03Vurulan gəmilərdən xilas edilmiş azərbaycanlıların ölkəyə qayıdışı üçün tədbirlər görülür
-
Region17:02Türkiyədə əməliyyat keçirildi - 400-ə yaxın saxlanılan var
-
İdman16:45Ulduz futbolçu prezidentin qızının təklifinə məhəl qoymadı - VİDEO
-
Ekologiya16:28Yayda Gədəbəyə dolu düşdü - VİDEO


































