Qvardiolaya növbəti dəfə xatırlatdılar: Səhər qovulacaqsan!
Bizi izləyin

İdman

Qvardiolaya növbəti dəfə xatırlatdılar: Səhər qovulacaqsan!

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola növbəti dəfə rəqib azarkeşlərin hədəfinə çevrilib.

Publika.az xəbər verir ki, bu, İngiltərə Premyer Liqasının 24-cü turunun "Arsenal"la oyununda (1:5) baş verib. "Topçular"ın 4-cü qolundan sonra komandanın azarkeşləri "şəhərlilər"in çalışdırıcısına doğru "səhər qovulacaqsan!" deyə qışqırmağa başlayıblar.

Bunu artıq “Mançester Yunayted”, “Liverpul” və “Tottenhem” azarkeşləri edib.

Qeyd edək ki, turnir cədvəlində “Siti” 41 xalla 4-cü, “Arsenal” isə 50 xalla 2-cidir. Bir oyun az keçirən lider “Liverpul”un 56 xalı var.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm