İdman
Futboldan kənarlaşdırılan Azərbaycan klubunun rəsmisi ilə bağlı QƏRAR
Futbolçuların sənədlərini kütləvi şəkildə saxtalaşdırmaq əsası ilə 1 il müddətinə futboldan kənarlaşdırılan “Marafon” İdman Klubunun, həmçinin Ağcabədinin “Olimpiya” komandasının rəsmisi Orxan Əliyevin şikayəti qismən təmin edilib.
Publika.az xəbər verir ki, bu barədə AFFA-nın Apellyasiya Arbitraj Tribunalının qərarında bildirilib.
Tribunalın qərarına əsasən, “Marafon”un rəsmisi, eyni zamanda futbolçusu olan O.Əliyevin cəzası 1 ildən 6 aya endirilib. Qalan 6 ay şərti cəza kimi tətbiq olunub. Şərti cəzanın çəkilməsi üçün 3 ay sınaq müddəti müəyyən edilib. Sınaq müddətinin başlanğıcı 2025-ci il martın 22-dən hesablanıb.
Apellyasiya şikayətləri qalan hissədə təmin edilməyib. Həmçinin qərardan Lozannadakı (İsveçrə) İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah olunub.
-
Magazin114:27Roza Zərgərli: Onlar mənim simamda Azərbaycan mədəniyyətini salamlayırlar
-
MDB14:00Ukrayna Kurtovkanı belə itirdi - VİDEO
-
Magazin213:25Uşağını qucağına götürən müğənni xəstəxanalıq oldu - FOTOLAR
-
Ekologiya12:42Sabahın hava proqnozu açıqlandı
-
Yaxın Şərq12:08İranın Xark adasında partlayışlar eşidilir
-
İdman11:00Günün oyunları - AFİŞA
-
MDB09:38Ukraynanın metallurgiya zavodları vuruldu
-
İqtisadi gündəm08:30Azərbaycanda yeni qayda qüvvəyə mindi - Detallar


















.png)
















