İdman
Kurban Berdiyev: “Hamını eyni anda meydana buraxmaq olmur”
“Yaxşı başa düşürük ki, bu gün iki xal itirdik. İlk hissədə ehtiyatlı idik. İkinci hissədə bir qədər yaxşı oynadıq. Amma bir qol çatışmadı”.
Publika.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Azərbaycan Premyer Liqasının 29-cu turunun “Səbail”lə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.
– “Turan Tovuz” son 5 oyuna cəmi 2 xal toplayıb. Avrokuboklara yollanmaq nə dərəcədə realdır?
– Bu barədə düşünürük. Oyunçularla da danışırıq. Ümid edirik ki, növbəti oyunlarda daha yaxşı oynayacağıq.
– Oyundan sonra Veysəl Rzayevlə azarkeşlər arasında insident oldu. Bu haqda məlumatlısız?
– Xeyr, məlumatımız yoxdur.
– Tural Bayramlını ümumiyyətlə siyahıdan çıxarmısız? Ona güvəniniz yoxdur?
– Xeyr, rəqabət çox güclüdür. Hamını eyni anda meydana buraxmaq olmur.
– Anton Kraçkovski hansı məqsədlə gətirilib komandaya? Bu gün də oynamadı…
– Xəstə idi. Amma xəstələnməsəydi, onun haqda da düşünürdük.
– Bundan əvvəlki oyunlarda da onu meydanda görmürük. Səbəbi var?
– Bu, elə mövqedir ki, rəqabət yüksəkdir. Özü də legionerdir.
– Qışda gətirilən futbolçular ya oynamır, ya da özlərini yaxşı göstərmir. Məsuliyyəti kimin üzərinə atmaq olar?
– Deməzdim ki, uğursuz transferlərdir. Hurtado və Jo sintetik meydançaya cəld reaksiya verirlər, yaxşı təsir etmir.
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu :Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı











.jpg)


.jpg)





.webp)




.jpg)











