İdman
“Qalatasaray”ın Trabzon fəlakətinin səbəbləri – Okan Buruka tənqid
“Qalatasaray”ın məğlubiyyətsiz lider kimi səfər etdiyi “Trabzonspor”la oyunda 0:4 hesablı tarixi məğlubiyyətə uğraması komandanın bir müddətdir diqqətdən kənarda qalan bəzi problemlərini üzə çıxarıb.
Publika.az “Hürriyet”ə istinadən xəbər verir ki, tənqidlərin mərkəzində “Qalatasaray”a gəldiyi gündən bəri Super Liqada ən ağır məğlubiyyətini alan baş məşqçi Okan Buruk dayanır. Futbol ekspertləri sarı-qırmızılı komandanın 4:0 hesablı “Ərzurumspor” matçından başqa, qalib gəldiyi bütün oyunları cəmi bir top fərqi ilə başa vurduğuna diqqət çəkərək, bu mənzərədə bəzi futbolçuların formasının aşağı düşməsinin və ya heyətdə olmamasının mühüm rol oynadığını bildiriblər.
Trabzonda gələn ağır məğlubiyyətin səbəbləri belə sıralanıb:
Müdafiəni həddindən artıq irəli çəkdi
Okan Buruk hesabdan və rəqibdən asılı olmayaraq hər oyunda komandasının ön sahədə pressinq etməsində israr edir. Trabzonda Məhəmməd Salah amilini nəzərə almayan Buruk müdafiəni ikinci plana keçirib. Bunun nəticəsində arxada boşluqlar yaranıb və misirli futbolçu bu fürsətləri bağışlamayıb.
“Trabzonspor”un oyunu öz meydanında qəbul edib əks-hücumlarla qol axtaracağı ilk dəqiqələrdən bəlli olsa da, Buruk müdafiə xəttini həddindən artıq irəli çəkib və rəqibin sürətli futbolçularına qarşı lazımi tədbir görməyib.
Osimhensizliyə qarşı planı yoxdur
Buruk bəzən “1 xal da yaxşıdır” reallığını da nəzərdən qaçırır. Çempionlar Liqasında “Sportinq”lə səfər oyununda 1:0 hesabı ilə önə keçən “Qalatasaray” hesab 1:1 olduqdan sonra da oyun planını dəyişməyib, qələbə üçün oynamağa davam edib. Müdafiədə buraxılan boşluqların nəticəsində komanda 3:1 hesabı ilə məğlub olub.
Okan Buruk, həmçinin Viktor Osimhenin iştirak etmədiyi oyunlarda hücumda alternativ oyun planı hazırlaya bilmədiyi üçün futbol ekspertlərinin tənqidlərinə məruz qalır.
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?



















.jpg)





.jpg)
.jpg)








