İdman
Azərbaycan idmanında yenilik: Böyük festival keçiriləcək - AÇIQLAMA
Aprelin 26-dan iyunun 28-dək Bakıda böyük idman festivalı keçiriləcək.
Bunu Publika.az-a açıqlamasında “QOLAT Sport Services”in direktoru Səid Bağırov bildirib.
“Sportfest-2025” adlı genişmiqyaslı tədbirə qatılacaq gənclərdən ibarət komandalar müxtəlif idman növlərində qüvvələrini sınayacaqlar. “Sizi idmana dəvət edirik” şüarı ilə start götürəcək festival çərçivəsində müxtəlif yaş qruplarından və sahələrdən olan iştirakçılar, həm yarışlarda güclərini sınayacaq, həm də yaradılan əyləncə zonalarından istifadə edərək asudə vaxtlarını səmərəli şəkildə keçirə biləcəklər.
“Sportfest”in əsas məqsədi gənclər və idmansevərlər üçün sağlam həyat tərzini təşviq etmək, onlara həm rəqabət, həm də əyləncə atmosferi yaratmaqdır.
“İdman və bədən tərbiyəsi fiziki sağlamlıqla yanaşı, insanları mənəvi ucalığa, ədalətə və dostluğa dəvət edir. İdman və bədən tərbiyəsi həm də insanlarda həyata nikbinlik yaradır, onlara yaşamaq eşqi, zövq və istirahət verir. Beləliklə, idman və bədən tərbiyəsi sosial siyasətin özünəməxsus bir sahəsi kimi özünü göstərməyə başlayır”, - deyə Bağırov bildirib.
“Sportfest-2025” zamanı iştirakçılar futbol, voleybol, basketbol, stolüstü tennis, sabsokker və digər idman turnirlərində güclərini sınayacaqlar. Turnirlər üzrə təqdim ediləcək pul mükafatları, dəyərli hədiyyələr və sponsor tərəfindən veriləcək sürprizlər bu tədbiri daha da maraqlı və cəlbedici edəcək.
Festival ərzində qurulacaq fan zonalar, stolüstü oyunlar, interaktiv idman guşələri, müxtəlid idman növləri üzrə seminarlar, tanınmış idmançılarla görüş, canlı musiqi və DJ performansları, həm idmançılar, həm də ziyarətçilər üçün unudulmaz anlar yaşadacaq.
Heybət
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
-
İdman06:46“Real”la İnfantino arasında gizli anlaşma
-
Qoroskop01:40Günün ulduz falı: Həyatınızda yeni bir səhifə açmaq üçün ideal fürsət yaranacaq
-
Hadisə01:20Azərbaycanda faciə: 2 yaşlı uşaq hovuzda boğularaq öldü
-
Magazin200:45Kıvanç Tatlıtuğun evində bədbəxt hadisə: Xidmətçi damdan yıxıldı, reanimasiyaya yerləşdirildi
-
Magazin213 Sentyabr 21:45"Kurtlar Vadisi"nin ssenaristləri polisə çağırıldı










.webp)
















.webp)









