İdman
Ardadan Ukrayna millisinə çağırılan futbolçulara tövsiyə: Son damla qanınıza qədər….
“Şaxtyor”un baş məşqçisi Arda Turan Millətlər Liqası oyunları üçün Ukrayna millisinə yollanan komandasının futbolçuları ilə bağlı gözləntilərini bölüşüb.
Publika.az xəbər verir ki, “Şaxtyor”un böyük bir qrup oyunçusu Millətlər Liqası oyunları üçün Ukrayna millisinə çağırılıb və Macarıstana qarşı çox vacib bir oyuna çıxacaqlar.
-Komandanın ümumi potensialını necə qiymətləndirirsiniz və Millətlər Liqasının qrup mərhələsində Ukraynadan hansı nəticəni gözləyirsiniz?
– Onlar mənim rəhbərliyim altında olduğu kimi, son damla qanlarına və tərlərinə qədər mübarizə aparmalıdırlar. Bu, onlardan gözlədiyim minimumdur və əminəm ki, bunu milli komanda formasında təcəssüm etdirə biləcəklər.
Qarşıdan gələn beynəlxalq fasilə zamanı Ukrayna millisi Millətlər Liqasında dörd oyun keçirəcək. Sentyabrın 25-də komanda Macarıstanla səfərdə oynayacaq, daha sonra Gürcüstana (28 sentyabr) səfər edəcək, daha sonra Trnavada Şimali İrlandiya (2 oktyabr) və Macarıstanı (5 oktyabr) qəbul edəcək.
Donetsk “Şaxtyor”u Ukrayna millisinə qapıçı Dmitri Riznik, müdafiəçilər Nikolay Matviyenko və Valeri Bondar, yarımmüdafiəçilər Oleq Oçeretko və Yeqor Nazarini göndərib.
Müdafiəçi Aleksandr Karavayev və yarımmüdafiəçi Dmitri Krıskiv ehtiyatdadırlar.
-
İdman20:45Çempionlar Liqası: "Sabah" - "Borussiya" oyunu başladı - YENİLƏNİR
-
İdman20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq























.jpg)


.jpg)






