İdman
UFC-nin Bakıdakı turniri Azərbaycan üçün nələr vəd edir?
İyunun 21-də Bakıda UFC təşkilatçılığı ilə döyüş gecəsi baş tutacaq. Azərbaycanın idman tarixində ilk dəfədir ki, UFC kimi qlobal təşkilat ölkəmizdə turnir keçirir. Yarış həm təşkilat baxımından, həm də azərbaycanlı döyüşçülər üçün yeni mərhələnin başlanğıcı ola bilər.
Publika.az xəbər verir ki, UFC bu vaxta qədər Qafqaz bölgəsində heç bir turnir keçirməyib. Bakıda keçiriləcək yarış bu baxımdan region üçün də bir ilk olacaq. Bu qərarın verilməsində Azərbaycanın son illərdə döyüş növlərinə verdiyi dəstək, yerli döyüşçülərin yüksəlişi əsas rol oynayıb.

Turnirdə üç azərbaycanlı döyüşçü oktaqona çıxacaq. Onlardan ən çox gözləniləni Tofiq Musayevdir. O, bu yaxınlarda UFC ilə yeni müqavilə imzalayıb. Musayev daha əvvəl “Bellator” və RİZİN kimi təşkilatlarda uğur qazanıb və indi UFC-də debütə hazırlaşır. Bakıda keçirəcəyi döyüş həm idman, həm də şəxsi baxımdan önəm daşıyır.

Nazim Sadıqov UFC-də sürətlə yüksələn azərbaycanlı döyüşçülərdəndir. Onun stili və döyüş taktikası azarkeşlər və bu sahə üzrə analitiklər tərəfindən müsbət qarşılanır. Sadıqov üçün Bakıda döyüşmək həm məsuliyyət, həm də motivasiya olacaq. O doğma vətənində ilk dəfə oktaqona çıxacaq.

Rafael Fiziyev isə artıq UFC-də tanınmış simadır. “Ataman” ləqəbli döyüşçü yüngül çəki dərəcəsində “ilk onluğ"a daxil olub və bir çox reytinqli döyüşçü ilə qarşılaşıb. Onun çıxışı bu turnirə beynəlxalq marağı da artıracaq. O da Sadıqov kimi Azərbaycanda ilk döyüşünü keçirəcək.

Bakıdakı döyüş gecəsi təkcə idman hadisəsi deyil. Turnir dünyanın 150-dən çox ölkəsində yayımlanacaq. Bu, Azərbaycanın tanıtımı baxımından ciddi fürsətdir. Eyni zamanda, UFC-nin Bakıya gəlməsi ölkə iqtisadiyyatı üçün də faydalı olacaq. Eyni zamanda bu turnir Azərbaycan MMA məktəbinin formalaşmasına və gənc döyüşçülərin beynəlxalq arenaya çıxmasına təkan verə bilər. Musayev və digərləri uğurlu çıxış etsələr, gələcəkdə UFC-də daha çox azərbaycanlı görə bilərik. Bu isə yeni sponsorlara, dəstəkçilərə və məşq strukturlarına ehtiyac yaradacaq, onları bu sahəyə cəlb edəcək.

Bakıdakı UFC turniri sadəcə bir döyüş gecəsi deyil, həm də gələcək planlamalar üçün sınaq meydanıdır. Yarışın təşkilati tərəfləri uğurlu alınsa, təşkilat növbəti illərdə Bakını regional mərkəz kimi nəzərdən keçirə bilər. Bu isə Azərbaycana təkcə idman baxımından deyil, həm də strateji baxımdan dividendlər vəd edir.
Heybət Məmmədov
-
Ekologiya00:41Normadan artıq yağış bəlası: Mart ayında hansı ölkələrdə subasma oldu? - Video
-
Region27 Mart 23:00İrana zərbə - Ermənilər də ilk itkilərini verdilər
-
İdman27 Mart 21:13Millimiz tarixinin ən böyükhesablı qələbəsini qazandı - Video
-
Nida Xəbər 27 Mart 19:00Hərbçilərə maaşdan əlavə hansı ödənişlər verilir? - Siyahı
-
Ekologiya27 Mart 18:36Yağışlı hava nə vaxta kimi davam edəcək?
-
Rəsmi xronika27 Mart 17:35Prezident bu teatrın kollektivini təbrik etdi
-
Yaxın Şərq27 Mart 16:50İran "tabut"lu raketlər buraxdı - VİDEO
-
MDB27 Mart 16:47Ruslar qərarını verdi: Putinin reytinqi bəlli oludu - Yeni sorğu



































